Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:41

Kerry Avropalı həmkarları ilə İranla danışıqların gedişini müzakirə edəcək


 John Kerry

John Kerry

ABŞ Dövlət katibi John Kerry martın 21-də Britaniya, Fransa və almaniyalı həmkarları ilə İranın nüvə proqramı ilə bağlı danışıqlarda əldə olunan irəliləyişi müzakirə edəcək.

ABŞ Dövlət Departamenti görüşün Avropada keçiriləcəyini və gələn həftə İranla danışıqların bərpa ediləcəyini bildirir.

İran xarici işlər nazirinin müavini Abbas Araqchi danışıqların martın 25-də bərpa olunacağını bildirib.

İranın xarici işlər naziri Mohammad Javad Zarif martın 20-də Kerry ilə danışıqlardan sonra deyib ki, hələlik əldə razılaşma olduğunu deməyə elə bir əsas yoxdur.

İranla danışıqlarda ABŞ,Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya iştirak edir.

Tərəflər bu il iyunun sonunadək İranın nüvə proqramı ilə bağlı yekun razılıq əldə etmək qərarına gəliblər.

Söhbət İranın nüvə proqramını dayandırması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların yüngülləşdirilməsi və ya ləğvindən gedir.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG