Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:59

Almaniya Rusiyanın Cənubi Osetiya ilə müqavilə imazlamasını pisləyib


Almaniya Rusiyanın Gürcüstanın separatçı bölgəsi Cənubi Osetiya ilə yeni müqavilə imazlamasını pisləyib.

Hökumətin sözçüsü Christiane Wirtz martın 20-də bildirib ki, bu müqavilə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü təhlükə altında qoyur.

Rusiya prezidenti Vladimir Putinlə Cənubi Osetiyanın lideri Leonid Tibilov martın 18-də Moskvada ittifaq və inteqrasiya müqaviləsi imzalayıblar.

Avropa Birliyi və ABŞ bu addımı ittiham ediblər.

Qeyd edək ki, Rusiya dekabrda Gürcüstanın digər separatçı bölgəsi Abxaziya ilə də belə bir müqavilə imzalayıb.

Rusiya 2008-ci ildə Gürcüstanla qısa müharibədən sonra bu separatçı bölgələri müstəqil dövlətlər kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG