Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:12

Yanvarda Azərbaycan əhalisi 9 min nəfər artıb


Foto: Arxiv
Foto: Arxiv

-

Bu ilin ilk ayı ərzində Azərbaycan əhalisinin sayı 9 min nəfər və ya 0.1 faiz artıb.

Bu barədə Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumatda bildirilir.

2015-ci il fevralın 1-nə olan məlumata əsasən, əhalinin sayı 9 milyon 602 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadratkilometrə 111 nəfərdir.

Hazırda hər 1000 kişiyə 1009 qadın düşür. Əhalinin 53.1 faizi şəhərlərdə, 46.9 faizi kəndlərdə yaşayır.

Bu ilin yanvarında Azərbaycanda 13.9 min körpə dünyaya göz açıb. Doğulan körpələrin 53.6 faizi oğlanlar, 46.4 faizini qızlar təşkil edib.

Həmin dövrdə ölkədə 5 min ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.9-dan 6.2-yə enib.

XS
SM
MD
LG