Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:48

Javad Zarif:"Nüvə danışıqlarında Tehrana təzyiq edilməməlidir"


Javad Zarif

Javad Zarif

İranın xarici işlər naziri Mohammad Javad Zarif bəyan edib ki, ABŞ və digər dünya ölkələri İranın nüvə proqramı ilə bağlı razılaşmada Tehrana qarşı təzyiq göstərməməlidirlər.

O martın 20-də İsveçrədə ABŞ Dövlət katibi John Kerry ilə görüş ərəfəsində deyib ki, artıq ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin üçün seçim vaxtıdır. Təzyiq, yoxsa razılaşma ?

O qeyd edib ki, İran xalqı ABŞ prezidenti Barack Obamanın bayram mesajına cavab olaraq ləyaqəti seçib.

Barack Obama İran xalqına müraciətində bildirib ki, iranlılar ya təcridi, ya da daha parlaq iqtisadi gələcəyi seçməlidir.

Tərəflər bu il iyunun sonunadək İranın nüvə proqramı ilə bağlı yekun razılıq əldə etmək qərarına gəliblər.

Söhbət İranın nüvə proqramını dayandırması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların yüngülləşdirilməsi və ya ləğvindən gedir.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG