Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:53

-

Azərbaycanda martın 20-də Novruz bayramı qeyd olunur.

Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası «Yeni gün»dür.

Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram edirlər.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 23 fevral 2010-cu ildə BMT martın 21-ni «Beynəlxalq Novruz Günü» elan edib.

Azərbaycanda da bu bayram münasibətlə bütün ölkə ərazisində bayram tədbirləri keçirilir.

Bahar fəsli Azərbaycana bu il martın 21-də Bakı vaxtilə saat 02:45-də daxil olur. ​

Günün bütün mövzuları

XS
SM
MD
LG