Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:20

-

Avropa Birliyinin liderləri Riqa sammitində Şərq Tərəfdaşlığı proqramına daxil ölkələrə çətin ki yeni – daha dərin əməkdaşlıq təklifləri versinlər.

Proqram Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belorusla daha sıx münasibətləri nəzərdə tutsa da, Rusiyanın etirazları nəticəsində reallaşması yubanır.

Azad Avropa və Azadlıq Radiolarının Brüssel müxbiri xəbər verir ki, sözügedən ölkələrin liderlərini mayın 21-22-də bir araya gətirəcək sammitdə proqramla bağlı konkret qərarların qəbulu az gözləniləndir.

Ukrayna, Moldova və Gürcüstan artıq Avropa Birliyi ilə Assosiasiya Sazişini, eləcə də Sıx və Əhatəli Azad Ticarət Razılaşmasını imzalayıblar və ümid edirlər ki, AB onlara əməkdaşlığı daha da dərinləşdirməyi təklif edəcək.

Sammitdə qəbul ediləcək sənədlərin surətindən yalnız o görsənir ki, “AB üçün hər iki sazişin gerçəkləşdirilməsi yaxın gələcəkdə gündəmin əsas məsələsi olacaq”.

Ukrayna - rusiyayönlü separatçı vurulmuş Ukrayna tankı yanında

Ukrayna - rusiyayönlü separatçı vurulmuş Ukrayna tankı yanında

Bildirilir ki, Azərbaycan, Ermənistan və Belorus kimi həmin sazişləri hələ ki imzalamamış ölkələrlə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur, amma sənədlərin layihəsində təfərrüata varılmır.

Konkret olaraq Azərbaycana gəldikdə, sənədlərin layihəsində deyilir ki, Brüssel və Bakı arasında “əlaqələrin yeni zəminini müəyyənləşdirmək sahəsində irəliləyiş əldə edilib”.

O da qeyd edilir ki, Şərq Tərəfdaşlıq Planı heç bir ölkəyə qarşı yönəlməyib. Məqsəd ortaq demokratiya, rifah, sabitlik və əməkdaşlıq məkanı yaratmaqdır. Sammitə toplaşacaq liderlərin qəbul edəcəyi gözlənən sənədin layihəsində belə deyilir. Amma Rusiyanın adı çəkilmir.

Sammitin sənədlərində o da qeyd edilir ki, 2013-cü ildə Vilnüsdə baş tutan sammitdən sonra Ukraynada baş verənlər Avropa Birliyinin tərəfdaş ölkələrin ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin nə dərəcədə mühüm olduğunu sübut edir.

Gözlənilir ki, sammitdə Ukrayna və Gürcüstan vətəndaşlarının Avropa Birliyinin Şengen zonasında sərbəst hərəkət etməsi məsələsində irəliləyiş əldə ediləcək. Moldova vətəndaşları artıq ötən ildən bu imtiyazdan istifadə edir və Şengen ölkələrini vizasız gəzə bilirlər.

Amma sammitin sənədlərinin layihəsində bu məsələnin həlli hər iki ölkədə islahatların aparılmasına bağlanır.

Avropa Birliyindəki mənbələr Ukrayna vətəndaşlarının Şengen ölkələrinə vizasız səyahəti məsələsinin bu sammitdə həllini tapmayacağını, Gürcüstanın şansının isə 50/50-yə olduğunu bildirirlər.

Sammitin sənədlərinin layihəsində Ermənistanla da bu sahədə danışıqların başlanması mümkün sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG