Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:40

FİFA az qala dörd illik qeyri-müəyyənliyə son qoyaraq elan edib ki, 2022-ci ilin Qətərdə keçiriləcək Dünya Futbol Çempionatının final matçı dekabrın 18-də keçiriləcək.

FİFA-nın sözçüsü Walter De Gregorio deyib ki, çempionat böyük bir ehtimnalla 28 gün davam edəcək.

Braziliyada keçirilən çempionat 32 gün çəkmişdi.

Sözçü bildirib ki, 2022-ci ilin 18 dekabrı həm bazar gününə, həm də Qətərin milli bayramına təsadüf edir.

Beləliklə bu, Avropa yay mövsümündən başqa vaxtda oynanan ilk dünya çempionatı olacaq.

Qətər vəd edir ki, yeni texnologiyalar çempionat stadionlarının sərinləşdirilməsi üçün tam imkan verir.

Avropa yığmaları milli çempionatlarda baş verəcək turnir fasilələrinə görə kompensasiya istəyir, çempionatın kompromis kimi may ayında keçirilməsini tələb edirdilər.

FİFA bu tələbləri rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG