Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:37

Cənubi Osetiya Rusiyaya birləşməyəcək. Hələlik…


Leonid Tibilov və Vladimir Putin Kremldə "ittifaq" sazişinin imzalanmasından sonra.

Leonid Tibilov və Vladimir Putin Kremldə "ittifaq" sazişinin imzalanmasından sonra.

Gürcüstandan qoparılmış Cənubi Osetiya bölgəsinin separatçı lideri bəyan edib ki, “bu ərazi Rusiyaya birləşmək istəyir, lakin yaxın gələcəkdə bunu etməyəcək”.

Cənubi Osetiyanın de facto başçısı Leonid Tibilov deyib ki, “adamalrın arasında Rusiyaya birləşmək barədə söz-söhbətinin olması sirr deyil, lakin bununla əlaqədar bir sıra narahatlıqlar mövcuddur”.

O deyib kİ, məhz buna görə də hazırda birləşmə ideyası həyata keçirilməyəcək.

Moskvada Rusiya prezidenti Vladimir Putinlə “ittifaq və inteqrasiya” sazişini imzaladıqdan sonra nitq edən Tibilov deyib kİ, Cənubi Osetiya nəinki təkcə onu qane edən, həm də Rusiyanı qane edən addımlar atacaq.

Cənubi Osetiya özünün Gürcüstandan ayrılmasını 1990-cı ildə elan edib və 1991-1992-ci il müharibəsindən sonra özünü idarə edir.

Rusiya Gürcüstanla 2008-ci il müharibəsinin ardınca bölgənin müstəqilliyini tanıyıb.

Gürcüstan isə bildirir ki, Rusiya faktiki olaraq onun ərazisini işğal edib.

Şərhçilər bildirirlər ki, Gürcüstan və Qərb Cənubi Osetiyanın hər hansı bir şəkildə Rusiya ilə birləşməsinə qarşı çıxacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG