Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:50

Tunis basqını ilə əlaqədar 9 şübhəli həbs edilib


Terror hücumunun baş verdiyi Bardo muzeyinin girişi.

Terror hücumunun baş verdiyi Bardo muzeyinin girişi.

Çərşənbə günü baş vermiş və 23 nəfərin ölümü ilə nəticələnmiş Tunis muzey basqını ilə bağlı 9 şübhəlinin həbs olunduğu xəbər verilir.

Ölənlərdən 20-i əcnəbi turustlərdir.

Tunis prezidentinin ofisi bəyan edib ki, həbs edilənlərdən 4-ü hücumla birbaşa əlaqəsi olanlardır.

Hökumət həmçinin elan edib ki, ölkənin əsas şəhərlərində ordu birləşmələri yerləşdiriləcək.

Bu arada Bardo muzeyinə basqın üçün məsiuliyyəti öz üzərinə İslam Dövləti təşkilatı götürüb.

Təşkilatın tvitterlə yayılmış mesajındahücum edənlərin adları Abu-Zakariya al-Tunisi və Abu-Anas al-Tunisi olaraq göstərilir.

İD-ə aid edilən bəyanatda hücuma məruz qalan Bardo muzeyi “kafirlər yuvası” adlandırılır.

Xəbər verilir ki, indiyədək 3-5 min arası tunisli İD-ə qoşulub və onlardan artıq 500-ü “cihaddan” qayıdıb.

Şərhçilər bildirirlər ki, terrorçular Tunisin əsas gəlir mənbəyi olan turizmə bilərəkdən zərbə endiriblər.

Artıq iki turist daşıyan bərə şirkəti- MSC Cruises və Costa Cruises – Tunis sahillərində lövbər atmayacaqlarını bildiriblər.

MSC bildirib ki, basqın nəticəsində öldürülənlərdən azı doqquzu onun “Splendida” bərə-gəmisinin sərnişinləri olublar.

Costa ona aid üç sərnişinin öldürüldüyünü təsdiqləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG