Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:22

Britaniya hərbi müşavirləri Ukraynada təlimə başladılar


Britaniyanın hərbi müşavirləri Rusiya yönlü separatçılarla döyüşən Ukrayna ordusunun hərbçilərinin təlim-məşqlərinə başlayıblar.

35 hərbi təlimçi Ukraynanın cənubundakı Mikolayiv şəhərində iki ay müddətində məşğələ aparacaq.

Təlim məşqlərinə hərbi tibb və müdafiə taktikası daxildir.

Ukraynanın baş naziri Britaniyanın yardımını yüksək qiymətləndirib. Moskva Londonun bu təşəbbüsünü kəskin tənqid edib.

Bu, Ukraynada separatçılarla döyüşlər başlanandan bəri hər hansı Qərb ölkəsinin Kiyevə ilk təlim yardımıdır.

“Wall Street Journal” qəzeti bildirir ki, Pentaqon Ukrayna hərbiyyəsi üçün təlimlərini Ruusiyanı qıcıqlandırmamaq məqsədilə ləngidir.

Rusiya prezidentinin sözçüsü Dmitry Peskov deyib ki, Britaniya hərbi heyətinin missiyası münaqişə zonasındakı gərginliyin azaldılmasına xidmət etmir.

ABŞ bildirib ki, Ukrayna ordusunun üç batalyonunutəlimləndirmək üçün özünün bir batalyonunu ezam edəcək.

XS
SM
MD
LG