Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:14

Ağzını tikərək aclıq etdiyi bildirilən məhbus iki ilini qapalı həbsxanada keçirəcək


Arxiv fotosu

Arxiv fotosu

.


“Oğluma Cəzacəkmə Müəssisəsində verilən 15 günlük cəzanın müddəti bu gün bitir və yenidən Bakının Nizami rayon məhkəməsində ona əlavə 15 gün cəza verilib, üstəlik, hakim qərar çıxarıb ki, iki il də qapalı həbsxanada saxlanacaq”. - Bunu AzadlıqRadiousuna 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Elşən Paşayevin anası Lidiya Mirzəliyeva deyir.

Məsələ burasındadır ki, Elşən Paşayev qəsdən adamöldürmə ittihamı ilə artıq 10 ildir ki, həbsxanada cəza çəkir. Bu ittihamla o, 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Anasının dediyinə görə Elşən Paşayev həbsxanada daixili inzibati qaydaları pozmaq ittihamı ilə yenidən əlavə cəza tədbirləri ilə üzləşib.

Halbuki, özü və ailəsi cəzasının artıq 10 ilini çəkdiyi üçün qalan 2 ilin şərti azadlıqdan məhrum etmə ilə əvəzlənməsini istəyirdi. Buna nail olmadıqda da ağzını tikərək aclıq aksiyasına başlamışdı.

Elşən Paşayevin cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı müraciətinə məhkəmə fevralın 24-də baxıb. Amma cəzaçəkmə müəssisəsi ona müsbət xarakteristika verməyib. Ananın bildirdiyinə görə, buna və ümumiyyətlə, həbsxanada ona qarşı olan təzyiqlərə etiraz olaraq oğlu martın 2-dən aclıq aksiyası keçirir.

Lidiya Mirzəliyeva iddia edir ki, həm özü, həm də oğlu müddətsiz aclıq aksiyasına başlaması ilə bağlı Penitensiar Xidmətə müraciət edib, amma qurum onu qeydə almaqdan imtina edib.

Bir müddət əvvəl Penitensiar Xidmət Elşən Paşayevin aclıq aksiyası keçirməsi ilə bağlı məlumatın yalan olduğunu bildirmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG