Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:35

Hərbi təyyarə martın 19-da Yəmən prezidentinin Adendəki iqamətgahına hücum edib.

Prezident Abed Rabbo Mansour Hadi hücum vaxtı binada olub, amma dərhal təhlükəsiz yerə çıxarılıb.

Prezidentin köməkçisi əlavə məlumat verməsə də dövlət başçısının ölkəni tərk etmədiyini bildirib.

Təhlükəsialik qüvvələri təyyarəni atəşə tutub, amma onların hədəfə dəyib-dəyməməsi barədə məlumat verilmir.

Prezident sarayının yerləşdiyi ərazidə tüştü qalxsa da rəsmilər saraya elə bir ziyan dəymədiyini deyirlər.

Bundan əvvəl Aden hava limanında Hadinin tərəfdarları ilə əlehdarları arasında atışma olub.

Nəticədə 6 nəfər ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG