Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:23

İ.Əliyev:"Azərbaycanlılar bütün tarixi torpaqlarına dönəcək"


İlham Əliyev

İlham Əliyev

“Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması təəssüf doğurur. Müxtəlif səviyyəli görüşlərin keçirilməsinə baxmayaraq, Ermənistan hələ də təxribatçı hərəkətlərindən əl çəkmir”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Bakıda keçirilən milli şənlikdə çıxış edərkən deyib.

Prezident bildirib ki, Azərbaycan ordusu vətənini ləyaqətlə qoruyur və Azərbaycan tarixi ədaləti, öz ərazi bütövlüyünü mütləq bərpa edəcək.

İlham Əliyev bir daha qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Ondan sonra isə azərbaycanlılar bütün qədim torpaqları-Yerevan-Göyçə və Zəngəzur mahalına qayıdacaq:

“Gənc nəsil də bilməlidir ki, bizim torpaqlarımız sadəcə, bugünkü müstəqil Azərbaycanın torpaqlarından ibarət deyil. Biz o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq. Hər gün çalışmalıyıq ki, o günü yaxınlaşdıraq”.

İlham Əliyev bildirib ki, ordu quruculuğu Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifədir və Azərbaycan Ordusu bu gün dünyada öz gücü və texniki təchizatı ilə fərqlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG