Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:48

ABŞ-İran danışıqlarında irəliləyiş var


John Kerry və Mohammad Javad Zarif

John Kerry və Mohammad Javad Zarif

ABŞ və İran rəsmiləri İranın nüvə proqramı ilə bağlı danışıqlarda irəliləyiş olduğunu, amma hələ görülməli çox iş qaldığını deyirlər.

Rəsmilər həftə boyu İsveçrədə danışıqları davam etdiriblər.

Birləşmiş Ştatların Dövlət katibi John Kerry danışıqlarda kəskin problemlər çıxdığını, amma eyni zamanda uğurlar eldə edildiyini deyib.

Həmçinin İranın xarici işlər naziri Mohammad Javad Zarif İRNA agentliyinə danışıqlarda irəliləyiş olduğunu bildirib.

Amma o qeyd edib ki, qarşıda görülməli olan hələ çox işlər var.

İranla danışıqlarda ABŞ,Rusiya, Çin,Böyük Britaniya,Fransa və Almaniya iştirak edir.

Tərəflər iyunun sonunadək yekun razılaşma əldə etmək qərarına gəliblər.

Söhbət İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların yüngülləşdirilməsi və ləğvindən gedir.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG