Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:45

-

Tələbə Qəbul Dövlət Komissiyası (TQDK) şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış SAT beynəlxalq test imtahanı keçirir. SAT imtahanı bu il mayın 2-də keçiriləcək.

TQDK-in rəsmi saytının məlumatına görə, imtahan mayın 2-də saat 08.30-da qurumun inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir.

TQDK bildirir ki, imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı davam edir və son müraciət vaxtı aprel ayının 7-si saat 09:00-da bitəcək.

SAT imtahanının nəticəsi ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul olmağa imkan verir. Azərbaycan artıq ikinci ildir ki, belə bir imtahanı təşkil edir

Günün bütün mövzuları

XS
SM
MD
LG