Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:32

Aznavour sadə rus qadınını Moskva konsertinə dəvət edir


90 yaşlı Aznavour 1200 mahnının müəllifidir, 180 milyon diski satılıb

90 yaşlı Aznavour 1200 mahnının müəllifidir, 180 milyon diski satılıb

-
Aprel ayında məşhur Fransa müğənnsi Charlez Aznavour (Şarl Aznavur) Moskvanın Krokus konsert mərkəzində çıxış edəcək.

Bu tədbir, gözlənilmədən Rusiya və Fransa mediasının gündəminə gəlib. Səbəbi də Lida adlı sadə rus qadınıdır.

Fransa müğənnilərinin pərəstişkarı olan Lidanın jurnalist Alexsander Chernikh ilə təsadüfi görüşü onun həyatının bəlkə də ən böyük hadisəsinin əsasını qoyub: Aznavour onu konsertə dəvət, Krokusun səhnəarxasında şəxsən görüşməyə söz verib.

Ömründə Fransada olmayan, heç vaxt fransız dilini öyrənməyən Lida Aznavour-un, Edith Piaf-ın, Jo Daccenin mahnılarını o qədər təmiz fransız dilində oxuyurmuş ki, Chernikh onun videosunu çəkib öz Facebook səhifəsində yerləşdirib.

Videonun təqdimatında Lida ilə görüşünü təsvir edərək Chernikh yazır ki, jurnal avtomatının yanında yaşlı bir qadının həsrətlə "7 gün" dərgisinə baxdığını sezib. Elə bilib ki, jurnalı almağa qadının pulu yoxdur. Lakin məlum olub ki, qadın (bu, Lida idi) Aznavourun şəklinə baxıb onun konsertinə düşmək haqda düşünürmüş. Fransa musiqisindən söhbət əsnasında qadın məşhur mahnıları oxumaqla Chenikhi heyrətləndirib. Onun videosunu çəkib paylaşandan sonra da Lidanın mahnısı Facebookda sürətlə yayılıb.

Bir gündən sonra Lidaya artıq Rusiyadan və Fransadan Krokusa bilet almaq təklifi gəlib. Lakin buna ehtiyyac qalmayıb, məsələ Aznavour-un özünə çatıb və müğənni video yayaraq şəxsən bu sadə rus qadınını konsertinə dəvət edib.

Lidanın fransız dilini necə öyrənməsi də maraqlıdır. Chernikh-lə söhbətində deyir ki, 60-cı illərdə Moskva kitabxanalrında linqofon qutuları var idi. Onlardan xarici dilləri öyrənmək üçün istifadə olunrdu. Lida isə Fransız mahnılarının plastinkalarını qoyub mahnıları öyrənirmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG