Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:27

-

Yaxın günlərdə Azərbaycan teleməkanında yeni serial tamaşaçıla təqdim ediləcək.

Layihənin mətbuat katibi Fuad Mədətovun AzadlıqRadiosuna verdiyi xəbərə görə, «AFA production»un istehsalı olan «Şən dullar» adlı bədii serialda Azərbaycanın tanınmış aktyorları çəkilib.

Komediya janrında olan serialın ərsəyə gəlməsinin ideya müəllifi Raid Abbasovdur. O, həm də filmin quruluşçu rejissordur.

İlkin versiya hər biri 45 dəqiqə olmaqla 24 hissədən ibarət serialın ssenari müəllifi Yeganə Kərimzadə, baş prodüseri Ruslan İsmayılov, quruluşçu operatoru Hüseyn Bağırovdur.

Rollarda Sənubər İsgəndərli, Mehriban Səfərova, Gülnarə Abdullayeva, Nigar Güləhmədova, Mətanət Əhmədova və başqaları çəkilib.

Serialın qəhrəmanları 5 rəfiqə- 5 dul qadındır.

Ssenari müəllifi Yeganə Kərimzadə filmlə bağlı belə deyib: «Burada gülüş və kədər, eşq və xəyanət var ».

«Şən dullar» serialının tanıtım videosu artıq hazırdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG