Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:56

BMT-nin idarəsi İslam Dövləti təşkilatını məhkəməyə verməyə çağırıb


Foto arxiv

Foto arxiv

“İslam Dövləti yaraqlıları ola bilsin ki, İraqdakı yezidi kürdlərə qarşı soyqırımı, insanlığa qarşı cinayət və mülki sakinlərə qarşı hərbi cinayətlər törədib”.

BMT-nin İnsan haqları idarəsinin hesabatında belə deyilir.

Hesabat BMT təhlükəsialik şurasını məsələni Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə çıxarmağa çağırıb.

İslam Dövləti Yaraqlıları ötən ilin iyunundan bu yana İraqın şimalında yezidi kürdlər də daxil olmaqla, dini azlıqlara məxsus yüzlərlə kişini qətlə yetirib, qadınları gölə edib, kiçik uşaqları isə islamı qəbul etməyə məcbur ediblər.

Bundan başqa təhlükəyə görə yüzlərlə iraqlı ev-eşiyini tərk etməli olub.

Hesabat bu cinayətin qurbanı hesab olunan 100-dən çox adam və şahidlərin ifadələri əsasında hazırlanıb.

Hesabatda həmçinin qeyd edilir ki, İraq ordusu və könüllü hərbi qruplar İslam Dövləti yaraqlıları ilə mübarizə ola bilsin ki, bir sıra cinayətlər törədiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG