Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:47

Ukraynanın baş naziri Arseniy Yatsenyuk Rusiyanın Minsk razılaşmasını pozacağı halda ona qarşı sanksiyaları artırmağa çağırıb.

O martın 19-da Brüsseldə Avropa Şurasının sədri Donald Tuskla görüşdən sonra sanksiyalarda bir olmağa çağırıb və bildirib ki, Avropa Birliyi ölkələri arasında ümumi razılığın olmaması Vladimir Putin üçün böyük uğurlu hadisə, azad dünya üçünsə faciə olacaq.

Avropa Birliyinin liderləri martın 19-da Rusiyaya qarşı sanksiyaların dekabradək uzadılması və ya məsələnin iyuna, sanksiyalar bitənədək təxirə salınması barədə qərar verməlidirlər.

Yatsenyuk həmçinin Avropa Birliyinin Ukraynanın şərqinə sülhməramlı qüvvələr göndərilməsi ideyasını dəstəkləyəcəyinə ümidlə yanaşdığını deyib.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində rusiyapərəst separatçılarla Rusiya ordusu arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Ukrayna parlamenti martın 18-də Avropa Birliyi və BMT-ni Ukraynanın şərqinə beynəlxalq sülhməramlı qüvvələr göndərməyə çağıran qətnamə qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG