Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:59

-
Şöhrətli Azərbaycan rəssamı Tahir Salahov Fransa Respublikası Prezidentinin Sərəncamı ilə «Şərəf Legionu» ordeninin zabit dərəcəsi ilə təltif edilib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu münasibətlə martın 18-də İçərişəhərdə, Tahir Salahovun ev muzeyində təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində hökumət rəsmiləri, Bakıdakı diplomatik korpusun nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Mərasimdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Paskal Menye Tahir Salahovu öz əsərləri ilə Qərb və Şərq arasında körpü yaradan sənətkar adlandırıb və əlavə edib ki, rəssam yaradıcılığı ilə Fransa xalqının da qəlbini fəth edib.

Paskal Menye deyib: «Biz bu yüksək mükafatı Tahir Salahova Fransada təqdim etmək niyyətində idik. Lakin sənətkar israrla burada, Bakıda təqdim olunmasını istədi. Bu, bir daha onun doğma yurda bağlılığını, Azərbaycana sevgisini göstərir».

Səfir Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı olan «Şərəf Legionu» ordenini Tahir Salahova təqdim edib.

Tahir Salahov da öz növbəsində səfirə və Fransa dövlətinin başçısına minnətdarlığını bildirib:

«Bu gün məhz burada toplaşmağımıza səbəb Bakının ürəyi sayılan qədim İçərişəhərdir. Çünki İçərişəhərdə M. Lermontov, A.Düma, M.Rostropoviç, P. Kardin kimi neçə-neçə bənzərsiz söz və incəsənət xadimləri olub. Bu baxımdan da təqdimatın burada təşkili mənim üçün olduqca əhəmiyyətlidir».

Sonda bütün iştirakçılara minnətdarlığını bildirən Tahir Salahov bu mükafatı təkcə özünə yox, bütövlükdə Azərbaycan təsviri sənətinə verilən yüksək qiymət kimi dəyərləndirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG