Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:12

-

Bakıda intihar hadisəsi baş verib.

Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Kərimova Mehparə Məmmədağa qızı yaşadığı evdə kəsici alətlə özünə xəsarət yetirib. Nəticədə o aldığı xəsarətdən dünyasını dəyişib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

İntihar edən qadın ATV-nin vitse-prezidenti Məqsəd Nurun həyat yoldaşıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG