Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:40

ABŞ: “Netanyahu-nun qələbəsi nüvə danışıqlarına təsir göstərməyəcək”


Benjamin Netanyahu martın 18-də Qüdsdə ibadətə gedib

Benjamin Netanyahu martın 18-də Qüdsdə ibadətə gedib

-

Birləşmiş Ştatlar deyir ki, İsrailin baş naziri Benjamin Netanyahu-nun seçkini udması İranla nüvə sazişinin əldə olunması cəhdlərinə zərbə vurmayacaq. Netanyahu-nun sözlərinə görə, İranla danışıqlar “pis saziş”lə nəticələnə bilər.

Dövlət Departamentinin sözçüsü Jen Psaki martın 18-də söyləyib: “Düşünürük ki, onun qələbəsi İran danışıqlarına təsir göstərməyib və göstərməyəcək”.

Bu arada ABŞ və İranın nümayəndə heyətləri İsveçrənin Lozanna şəhərində razılaşma əldə etməyə çalışırlar. Məqsəd İranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaların yumşaldılmasıdır.

ABŞ rəsmiləri bildirib ki, müzakirə olunan texniki məsələlər üzrə irəliləyiş var, ancaq hələ də həll olunası fikir ayrılıqları qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG