Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:36

BMT Tunisdə muzeyə hücumu pisləyir


Tunis hərbçiləri Bardo muzeyinin qarşısında
Tunis hərbçiləri Bardo muzeyinin qarşısında

-

BMT-nin Təhlükəsizlik Şurası Tunisdə muzeyə hücumu pisləyib və bildirib ki, heç bir terrorçu hərəkəti ölkənin demokratiya yolunu əngəlləyə bilməz.

Martın 18-də Tunisin mərkəzindəki Bardo muzeyinə silahlılar hücum edib, 17 turist və 2 tunisli öldürülüb.

Təhlükəsizlik qüvvələri muzeydəki girovları xilasetmə əməliyyatında iki yaraqlını öldürüb. İki yaraqlının qaçdığı xəbər verilir.

Tunis prezidenti Beji Caid Essebsi televiziya çıxışında deyib ki, ölkə “terrora” qarşı müharibə aparır.

Avropa liderləri ilə yanaşı ABŞ Dövlət katibi John Kerry də hücumu pisləyib. Onun sözlərinə görə, Vaşinqton “hökumətin təhlükəsiz, firavan və demokratik Tunisi inkişaf etdirmək cəhdlərini dəstəkləməkdədir”.

2011-ci ildən Tunisdə bir sıra islamçı yaraqlı qruplar peyda olub. İlkin məqsəd avtokrat Zine El-Abidine Ben Ali-ni devirmək idi.

XS
SM
MD
LG