Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:46

Rusiyaya sanksiyalar Minsk sazişinin icrasından asılıdır


Ukrayna könüllüləri

Ukrayna könüllüləri

-

ABŞ-ın vitse-prezidenti Joe Biden və Ukrayna prezidenti Petro Poroshenko razılaşıblar ki, Rusiyaya qarşı sanksiyalar fevralda əldə olunmuş Minsk razılaşmasının tam icrası ilə əlaqələndirilməlidir. Ağ Evin məlumatına görə, Biden martın 18-də Poroshenko ilə telefonla danışıb.

Biden Ukrayna parlamentinin şərq regionlarına xüsusi status verilməsi barədə səsverməsini alqışlayıb. Ali Radanın mövqeyinə görə, şərq rayonlarında Ukrayna qanunlarına uyğun yerli seçkilər keçiriləndən sonra onlara məhdud özünüidarəçilik verilə bilər.

Rusiya və separatçılar bu şərti rədd ediblər. Rusiyanın xarici işlər naziri Sergei Lavrov martın 18-də bildirib ki, Ukrayna parlamenti ötən ay Minskdə əldə olunmuş razılaşmanı “yenidən yazmağa” çalışır.

Ukraynanın baş naziri Arseniy Yatsenyuk-un sözlərinə görə, Kiyevdə heç kəs Rusiyanın “və terrorçuların” Minsk planını yerinə yetirməyə hazır olmasına böyük nikbinliklə yanaşmır.

Poroshenko martın 18-də qanunu imzalayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG