Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:57

General Motors Opel avtomobillərini Rusiya bazarından yığışdırır


General Motors-un Sankt Peterburqda yığdığı Opel Astra avtomobilləri.
General Motors-un Sankt Peterburqda yığdığı Opel Astra avtomobilləri.

Amerikanın General Motors konserni bildirib ki, Rusiyanın Opel və qismən də Chevrolet bazarından gedir.

Şirkət bildirib ki, bundan sonra diqqətini Cadillac və Chevrolet markasından olan Corvette, Camaro və Tahoe modifikasiyaları üzərində cəmləşdirəcək.

Beləliklə, Opellərin GAZ zavodunda yığılması da bu il dayandırılacaq.

General Motors müştərilərini əmin edib ki, avtomobillər üçün ehtiyat hissələrinin təchizatı davam etdiriləcək.

Şirkət bildirir ki, Rusiya bazarından qismən çıxması konserndəki yenidənqurma xərcləri ilə bağlıdır.

Rusiya mənbələri isə bildirirlər ki, məsələn, Chevrolet-in Rusiyadakı satışı son bir ildə 3 dəfə azalıb.

Rusiya ekspertləri təəssüflə bildirirlər ki, Chevrolet Niva modelinin yaradılması işləri də yarımçıq qalacaq.

Xəbər verilir ki, Rusiya həmçinin Özbəkistandan gətirilən Chevrolet Spark və Chevrolet Cobalt avtomobillərinin də idxalını azaldacaq.

XS
SM
MD
LG