Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:17

ABŞ dronunun zərbəsi Somalidə əl-Şəbab liderini öldürdü


Əl-Qaedaya bağlı Şabab qruplaşmasının yaraqlıları Somalidə Moqadişu yaxınlığında.
Əl-Qaedaya bağlı Şabab qruplaşmasının yaraqlıları Somalidə Moqadişu yaxınlığında.

Pentaqon ABŞ-a məxsus pilotsuz təyyarədən endirilən zərbə ilə əl-Şəbab lideri Adan Garar-ın öldürüldüyünü təsdiq edib.

ABŞ xəbər verir ki, yaraqlı lider cənubi Somalidə drondan açılmış Hellfire raketi zərbəsi ilə öldürülüb.

Garar 2013-cü Nayrobidəki Uestqeyt Ticarət mərkəzində törədilmiş və 67 nəfərin ölünümünə bais olmuş bomba basqınına görə şübhəli sayılırdı.

ABŞ-ın məlumatına görə o, həmçinin “ABŞ vətəndaşlarını və Qərb maraqlarını hədəfləyən” əməliyyatlara rəhbərlik edirdi.

Garar-ın məhv edilməsi üçün dron əməliyyatı paytaxt Moqadişunun yaxınlığındakı Dinsur qəsəbəsi rayonunda aparılıb.

Pentaqondan verilən bu xəbərdən az əvvəl əl-Şəbab yaraqlılarının Keniyada 4 nəfəri öldürdükləri barədə məlumat alınmışdı.

XS
SM
MD
LG