Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:50

Serbiya 1995-ci il Srebrennitsa soyqırımı şübhəlilərini həbs edib


Soyqırım qurbanlarının qəbristanlığı.

Soyqırım qurbanlarının qəbristanlığı.

Serbiya polisi 1995-ci ildə Srebrennitsa qəsəbəsinin anbarında minədək müsəlmanın qətliamında iştirakda şübhəli bilinən 7 nəfəri həbs edib.

Bosniya və Serbiya prokurorluqları bildirirlər ki, bu, qətliamla bağlı Serbiyanın özü tərəfindən həyata keçirilmiş ilk həbslərdir.

Serbiya bundan əvvəl qətllərdə bilavasitə iştirakı olmayanları həbs etmişdi.

Belqrad 2011-ci ildə mühakimə edilməsi üçün Bosniyanın serb komandanı Ratko Mladici beynəlxalq məhkəməyə təslim etmişdi.

Hal-hazırda Haaqa məhkəməsində Mladicin işi üzrə dinləmələr davam edir.

1995-ci ilin iyul ayının 3 günü ərzində Srebrennitsada 8000 bosniyalı kişi qətliam edilmişdi. Bu, bütün Avropada Holokostdan bəri ən ağır cinayət idi.

Həbs olunanların arasında etnik serblərin polisində “Qəssab Nedjo” kimi tanınan Nedeljko Milidragovic də var. O qətliamdan sonra Serbiyada böyük biznesmenə çevrilmişdi.

Milidragovic artıq Bosniya tərəfindən “soyqırım”da ittiham olunurdu, lakin Belqradla Sarayevo arasında ekstradisiya müqaviləsi olmadığından keçmiş “polis” Serbiya ərazisində sakitcə yaşayırdı.

Müxbirlər bildirirlər ki, müharibə canilərinin həbs edilməsi Belqrad üçün hələ də çətindir, çünki serblərin müəyyən hissəsi Mladic və Karadzic kimi adamlara milli qəhrəman kimi baxır.

Lakin Serbiya hökuməti bu sahədə fəaliyyətini intensivləşdirib, çünki Avropa İttifaqının üzvü olmaq istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG