Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:57

Federal Xəzinə faiz artımına siqnal verdi


ABŞ Federal Xəzinəsi
ABŞ Federal Xəzinəsi

ABŞ-ın Mərkəzi Bankı rolunu oynayan Federal Xəzinə kredit faizlərinin arta biləcəyinə siqnal verib.

2008-ci ildən bəri kredit faizini “0”- da saxlayan bank özünün ənənəvi bəyanatından “səbrlə” sözünü çıxarıb.

Bununla belə, ekspertlər inanırlar ki, Federal Xəzinə hələ azı bir neçə ay “0” faizi dəyişməz olaraq saxlayacaq.

Bankıın bəyanatında deyilir ki, hələ bir müddət ölkənin əmək bazarındakı vəziyyətə baxılacaq.

Buna baxmayaraq bu xəbər artıq səhm qiymətlərini kəskin şəkildə yüksəldib.

Bank faizlərinin aşağı olması istər fiziki, istərsə də hüquqi şəxslərin ucuz kreditlər almasına imkan yaradır.

XS
SM
MD
LG