Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:52

AŞPA həmməruzəçiləri Azərbaycana səfərləri ilə bağlı açıqlama veriblər


Pedro Agramunt
Pedro Agramunt

.

AŞPA-nın həmməruzəçiləri Pedro Agramunt Tadeusz Iwiński, o cümlədən Dağlıq Qarabağ məsələsi üzrə həmməruzəçi Robert Volter qurumun martın 17-də keçirilən komitə iclasında Azərbaycana səfərlərinin nəticəsi ilə bağlı çıxış ediblər.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov APA-ya açıqlamasında belə deyib.

Onun sözlərinə görə həmməruzəçilər Azərbaycanla bağlı çıxışlarında iki əsas məsələyə toxunublar.

Bunlardan biri başqa region dövlətləri ilə müqayisədə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və bu istiqamətdə gözə çarpan işlərin görülməsidir. Digərinə gəlincə:

“İkincisi isə Azərbaycanın tarixdə ilk dəfə olaraq I Avropa Oyunlarına ev sahibliyi etməsi ərəfəsində ölkədə təşkilatı, yenidənqurma işlərinin görülməsidir. Onlar bunu vacib amil kimi qiymətləndirdilər. Təbii ki, onlar başqa sahələrdə - insan haqları, demokratiya, qanunun aliliyi ilə bağlı məsələləri də gündəmə gətirdilər. Bu məsələdə isə Azərbaycan tərəfdən Avropa Şurası ilə konstruktiv əməkdaşlıq etməsi niyyətinin olduğu bildirildi. Biz buna hazır olduğumuzu bildirdik”.

Bunlar həmməruzəçilərin çıxışları barədə Azərbaycan nümayəndə heyətinin rəhbərinin dedikləridir. Onların məruzələrində hansı mövzulara necə toxunduqlarını başqa mənbələrdən hələlik dəqiqləşdirmək mümkün olmayıb.

AŞPA Monitorinq komitəsinin həmməruzəçiləri Tadeusz Iwiński və Pedro Agramunt bu il martın 1-4-də Bakıda səfərdə olublar. Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Volter isə martın 12-13-də Azərbaycanda olub. Səfər çərçivəsində rəsmilər, siyasi partiya liderləri, bəzi siyasi məhbuslarla görüşlər keçirilib.

İspaniyalı deputat Pedro Agramunt ötən ilin iyununda Azərbaycanda insan haqları üzrə məruzəçi təyin olunub. Bundan öncə də o, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi olub.

Tadeusz Iwiński AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi vəzifəsinə yanvarın 29-da seçilib. O, bu vəzifədə Maltadan olan Joseph Greshi əvəz edib.

Həmməruzəçilər Azərbaycanın AŞ PA qarşısında öhdəliklərinin icrası vəziyyətinə dair yeni hesabat hazırlayacaqlar. Azərbaycanda bəzi qeyri-hökumət qurumları xüsusilə Pedro Agramunt-un fəaliyyətinə bir qədər bədgümanlıqla yanaşırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG