Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:21

Bakı Beynəlxalq Dəniz Ticarət Limanına baş direktor təyin edilib


İlham Əliyev

İlham Əliyev

Prezident İlham Əliyev Taleh Ziyadovu yeni yaradılan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru təyin edib.

Qeyd edək ki, prezident həmçinin “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yenidən təşkili ilə Nəqliyyat Nazirliyinin tabeliyində Xəzər dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququna malik olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

Cəmiyyət Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.

Günün bütün mövzuları

XS
SM
MD
LG