Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:33

Avropa Birliyi ölkələri liderlərinin martın 19-20-də Brüsseldə keçiriləcək görüşündə Ukrayna böhranına görə, Rusiyaya qarşı sanksiyaların uzadılmasının mümkünlüyü müzakirə olunacaq.

Adı çəkilməyən diplomatın Azad Avropa və Azadlıq radiosuna verdiyi məlumata görə, Avropa Şurasının rəhbəri Donald Tusk Almaniya və Fransa liderləri ilə artıq bu ay sanksiyaların uzadılması təklifini müzakirə edir.

Söhbət Rusiyanın bank və neft sektorlarına qarşı sanksiyaların dekabradək uzadılmasından gedir.

Yunanıstan, Avstriya və Slovakiya kimi Avropa Birliyi ölkələri bu məsələyə iyunda baxılmasını istəyirlər.

Avropa Birliyi liderlərinin həmçinin sammitdə “Şərq tərəfdaşlığı” proqramına daxil olan Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan,Moldova və Ukrayna ilə əlaqələri gücləndirməyə,habelə Gürcüstan, Moldova və Ukrayna ilə asosasiya zazişlərini ratifikasiya etməyə çağıaracaqları gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG