Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:50

Moskvada Krımın ilhaq edilməsinin 1 illiyi qeyd olunur


Foto arxiv
Foto arxiv

Moskvada Krımın Ukraynadan ilhaq edilməsinin 1 illiyi münasibəti ilə mitinq-konsert başlanıb.

Aksiyada prezident Vladimir Putin, deputatlar və “Antimaydan” hərəkatının tərəfdarları iştirak edəcəklər.

TASS-ın məlumatına görə, artıq Kreml divarlarının ətrafı, Vasilievsk enişinə 5 minə yaxın adam yığışıb.

Kütləvi informasiya vasitələrinin məlumatına görə şəhər hakimiyyəti insanların aksiyaya göndərilməsini göstəriş verib.

“Novaya qazeta” yazır ki, məktəb diroktorlarına mitinqə 10-30 nəfər arası adam göndərmək tapşırılıb.

Saytların məlumatlarına görə həmçinin konsertə gələnlərə 350 rubl veriləcəyi vəd olunub.

Konsert-mitinqin keçirildiyi səhnəfevralda müxalifət lideri Boris Nemtsovun öldürüldüyü Böyük Moskva körpüsünün üstündə qurulub.

Qətl yeri polisin nəzarəti altındadır.

XS
SM
MD
LG