Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:31

Müsavat partiyası Taleh Xasməmmədovun dərhal azad edilməsini tələb edir


Taleh Xasməmmədov

Taleh Xasməmmədov

.


Müsavat Partiyası hüquq müdafiəçisi Taleh Xasməmmədovun dərhal azadlığa buraxılmasını tələb edir.

Partiya hüquq müdafiəçisinin həbsi ilə bağlı martın 18-də bəyanat yayıb. Bəyanatda bildirilir ki, Taleh Xasməmmədov Göyçay rayonunda icra strukturlarının fəaliyyətini tənqid etdiyinə görə şərlənərək həbs edilib. Bəyanatda hüquq müdafiəçisinə işgəncələrin verilməsi də pislənib:

“Yayılan məlumatlara görə, keçmiş vicdan məhbusu şərlənərək həbs edildikdən sonra aclıq aksiyası keçirib. Başlatdığı aclıq aksiyasından sonra Taleh Xasməmmədova qarşı daha bir qanunsuz hərəkətə yol verilib. O, zorakılıqla İstintaq Təcridxanasından Gəncə şəhərində yerləşən ruhi-əsəb xəstaxanasına köçürülüb. Bütün bu qanunsuzluqlar Taleh Xasməmmədovu özünə qəsd edərək qan damarlarını kəsməyə vadar edib.

Müsavat Partiyası Taleh Xasməmmədovun özünə qəsd etmə həddinə çatdırılması ilə nəticələnən qanunsuzluqların aradan qaldırılmasını, bu qanun pozuntularına yol verənlərin cəzalandırılmasını və bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasınıtələb edir”.

Bu il fevralın 24-də saxlanan Taleh Xasməmmədov 3 aylıq həbs olunub. O, xuliqanlıqda ittiham edilir. Daxili İşlər Nazirliyi bildirib ki, Taleh Xasməmmədov adam döyməklə hüquqazidd hərəkət edib. Ailə üzvləri isə onun şərlənərək həbs olunduğunu iddia edirlər.

Ailə üzvlərinin dediyinə görə, Taleh Xasməmmədov qanunsuz həbs olunduğuna görə son 10 gündür aclıq aksiyası keçirib. Bunun nəticəsinin olmadığını görüb, qolunda damarını doğrayaraq özünə qəsd edib. Bu səbəbdən saxlandığı Gəncə İstintaq Təcridxanasından Bakıya, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə gətirilib.

Hələlik hüquq-mühafizə orqanlarından aclıq aksiyası və özünə qəsd etməsinə dair məlumatlara hər hansı şərh verməyiblər.

Hüquq müdafiəçisi 2011-ci ilin noyabrında da xuliqanlıq və polisə müqavimət ittihamları ilə həbs edilmişdi. Göyçay rayon Məhkəməsi onun haqqında 4 il azadlıqdan məhrumetmə cəzası çıxarmışdı. Təxminən bir il sonra prezidentin əfv sərəncamı ilə azad olunmuşdu. O vaxt beynəlxalq təşkilatlar Taleh Xasməmmədovu «vicdan məhbusu» sayırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG