Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:26

Məmmədyarov:"Ermənistanın son çıxışları optimist olmağa imkan vermir"


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

“Ermənistan tərəfinin son çıxışları Dağlıq Qarabağ danışıqları ilə bağlı optimist olmağıma imkan vermir”

APA-nın məlumatına görə bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 18-də sudanlı həmkarı Ali Ahmed Karti ilə görüşdən sonra Bakıda keçirdikləri birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, həmsədrlərin regiona son səfəri zamanı nəqliyyat və məcburi köçkünlərlə əlaqədar işçi qrup yaradılması təklif olundu.

Amma bizdə olan məlumata görə, Ermənistan tərəfi bu təklifi rədd edib.

Elmar Məmmədyarov bir daha qeyd edib ki, Azərbaycanın mövqeyi budur ki, erməni qoşunları Azərbaycanın işğal altında olan ərazilərindən nə qədər tez çıxsa, sülh sazişi də o qədər tez imzalanacaq.

XS
SM
MD
LG