Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:15

Almaniyanın Frankfurt şəhərində polis 300-dən çox etirazçının saxlandığını xəbər verir.

Kəskin iqtisadi islahatlar, büdcə siyasətinə qarşı çıxan aksiyaçılar Avropa Mərkəzi Bankının yeni baş ofisinin açılışına etiraz olaraq mitinqə çıxıblar.

Təşkilatçıların məlumatına görə nümayişdə təxminən 10 min adam iştirak edib.

Aksiyaçılar polisi daşa basıb, bir neçə patrul maşınını yandırıblar.

Hər iki tərəfdən xəsarət alanlar bvar.

Bankın yeni ofisi polis tərəfindən mühasirəyə alınıb.

Təşkilatçıların sözlərinə görə aksiyada məqsəd Avropa Mərkəzi Bankının avrozonada yeritdiyi kəskin büdcə siyasətinə etiraz bildirimək, Avropa və dünyada nəhəng maliyyə mərkəzlərindən biri olan Frankfurtda həyatı iflic eləməlı və diqqəti iqtisadi problemlərə cəlb etməkdir.

Aksiyaçılar bunu kapitalist sisteminə doğru hərəkət hesab edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG