Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:51

Pakistan hərbçiləri martın 18-də ölkənin şimal-qərbində, Əfqanıstan sərhəddinin yaxınlığında 34 yaraqlının öldürüldüyünü xəbər verirlər.

Məlumata görə, onlar hava zərbələri ilə öldürülüb.

Rəsmilərin sözlərinə görə, yaraqlılar Təhriki-Talibanvə Laşkari İslam qrupunun üzvləridir.

Pakistan taliblərinin lideri Maulana Fazlullahın həmin vaxt bu rayonda olduğu təxmin edilir.

Reutersin yerli mənbələrə istinadla verdiyi məlumata görə isə hava zərbələri nəticəsində 20 adam ölüb.

Onların sözlərinə görə yerli sakinlərin əksəriyyəti həmin rayonu tərk ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG