Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:29

Netanyahu sağçı partiyaları hökumət yaratmağa çağırıb


Benjamin Netanyahu

Benjamin Netanyahu

İsrailin baş naziri Benjamin Netanyahu sağçı partilyaları kolaision hökumət yaratmağa çağırıb.

O bu barədə martın 18-də Lukud partiyasının Tel-Əvivdəki qərargahında tərəfdarları qarşısında çıxış edərkən məlumat verib.

Qeyd edək ki, Likud Partiyası seçkidə gözlənilməz qələbə qazanıb.

Likud 120 yerlik parlamentdə 30 mandat qazanıb.

Rəy sorğuları bundan əvvəl müxalifətdə olan Zionist Birliyinin irəlidə olduğunu göstərirdi.

Amma bu birlik parlamentdə 24 yer qazanıb.

Netanyahu daha 4 il hakimiyyətdə qalsa İsrailin ən uzunömürlü baş naziri olacaq.

Şərhçilər bu nəticənin Yaxın Şərq sülh prosesi üçün yaxşı olmayacağını düşünürlər.

Netanyahu seçki ərəfəsində bildirib ki, Fələstin dövlətinin qurulmasına imkan verməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG