Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:49

.

“2012-2013-cü illərdə Avropa Birliyində sığınacaq üçün müraciət edən azərbaycanlıların sayı 16% artaraq 2 360 nəfərə çatıb” – 18 mart Qərb mediasının icmalı.

“İndi Azərbaycanda ifadə azadlığının məkanı həbsxana kamerası boydadır, insan haqları qrupları belə deyir. Azərbaycanlı fəallar və jurnalistlər isə getdikcə daha çox ölkəni tərk etməkdədir”. Bunu Eurasianet.org saytında dərc olunmuş “Azərbaycanlılar ölkədən kənarda vətəndaş cəmiyyəti qurmağa çalışırlar” başlıqlı yazıda oxuyuruq.

Müəllif son illər Azərbaycanda hakimiyyətin narazılara qarşı hər cür təzyiqə əl atdığını, bu kampaniyanın özəlliklə ötən ilin əvvəlində Ukraynada Avromaydan hərəkatından sonra gücləndiyini qeyd edir:

“Hökumətin siyasəti ilə razılaşmayanlar, və hələlik həbsxanaya atılmayanlar getdikcə ölkəni tərk etməyə çalışırlar. 2012-2013-cü illərdə Avropa Birliyində sığınacaq üçün müraciət edən azərbaycanlıların sayı 16 faiz artıb. Onların sayı 2360-a çatıb. Bu məlumatı Londonda mənzillənən Xarici Siyasət Mərkəzi yayıb”.

Azərbaycan Miqrasiya Mərkəzinin hesablamalarına görə, son bir ildə Azərbaycandan dissident axını sürətlənib. İşsizlik, maaşların azlığı üstəgəl hökumətin tənqidi bu cərəyana təkan verib.

Yazıda qeyd olunur ki, Avropanın iki şəhəri – Berlin və Praqa azərbaycanlı sığınacaq istəyənlərin üstünlük verdiyi məkana çevrilib. Avropa Birliyinin üzvü olan bu Almaniya və Çex Respublikasının Azərbaycanla iqtisadi əlaqələri güclüdür. Digər tərəfdən bu ölkələrin Azərbaycana ənənəvi siyasətində insan haqları şikayətləri gözardı olunmayıb.

Azərbaycanın qonşusu Gürcüstan isə AB ölkələrində sığınacaq axtaranlar üçün darvaza rolunu oynayır. Xaricə gedən bir sıra fəallar sakit həyata üstünlük verirlər. Bir çoxları Azərbaycanda qalan ailə üzvlərinin təhlükəsizliyi üçün narahatlıq keçirdiyindən müsahibə vermək istəməyib.

Altay Göyüşov

Altay Göyüşov

Azərbaycandakı repressiyalar
Opendemocracy.net saytı isə azərbaycanlı alim, hazırda ABŞ-da işləyən Altay Göyüşovun məqaləsini dərc edib.

Müəllif qeyd edir ki, 2014-cü il Azərbaycanda vətəndaş cəmiyyətinə görünməmiş təzyiq ili oldu. Ancaq hökumət Qərbdəki tənqidçilərini ABŞ və Avropayla enerji və təhlükəsizlik əməkdaşlığı etməklə susdura bilib.

“Bəs, Azərbaycan niyə belə bir təzyiq kampaniyasını həyata keçirdi? Avtoritar dövlətə çevrilməklə Qərblə münasibətlərini niyə təhlükəyə atdı?” Müəllif bu sualları cavablandırmaq üçün ölkədəki son hadisələri daha geniş tarixi və geosiyasi kontekstdə təhlil edib.

Azərbaycanın yaxın keçmişinə nəzər salan müəllif yazır ki, İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələndə qonşu Gürcüstanda olduğu kimi burada da islahatların gedəcəyinə ümidlər yaranmışdı. Ancaq az müddət içində bu ümidlər puça çıxdı. Ərəb baharı və Avromaydan hadisələrindən ürəklənmiş yerli fəallar, tənqidçilər, narazılar susduruldu.

Altay Göyüşov hökumətin öz təhlükəsizliyini dövlətin təhlükəsizliyindən üstün tutduğunu yazır:

“Rusiyanın təcavüzkar davranışı Azərbaycan dövlətinin varlığına hədə olsa da, rejim hələ də Putini dəstəkləyir, demokratiyanı öz hakimiyyətinə təhlükə görür. Ona görə də Qərb Azərbaycan rəsmilərinin tənqidinə tuş gəlib...”

Görünən odur ki, Azərbaycan rejimi demokratik prinsipləri rədd etməklə öz təhlükəsizliyini qorumaq istəyir. Ancaq pis idarəçilik təhlükəsizliyə hədələri artırır və dövlətin varlığına problem yaradır. Müsəlman çoxluğu olan cəmiyyətdə mötədil, dünyəvi və liberal demokratik səslərin kökünün kəsilməsi alternativ kimi yalnız dini radikalizmi gücləndirə bilər”.

Müəllifin fikrincə, Qərbə hücum və islahatlardan imtina hökuməti Rusiyadan gələn təzyiq qarşısında da zəiflədəcək. Axı bu təzyiqi balanslaşdırmaq üçün Azərbaycan Qərbə çox bel bağlayır. Hökumət Qərbdən tələb edir ki, enerji və təhlükəsizlik sahəsində əməkdaşlıqda insan haqları və demokratiya məsələlərindən əl çəksin. Qərb də saysız pozuntulara göz yummaqla güzəştlərə gedib:

“Ancaq susmaq təkcə Qərbin liberal demokratiya və insan haqları çempionu kimi roluna zərbə vurmur, həmçinin onun maraqlarını zədələyir”.

Benjamin Netanyahu

Benjamin Netanyahu

İsraildə seçki eybəcər hala gəldi
“İsraildəki seçki ölkənin qarşısında duran problemləri və ona rəhbərlik etmək istəyənlərin niyyətlərini ortaya çıxardı. Baş nazir Banjamin Netanyahu-nun Fələstin dövlətini rədd etməsi göstərdi ki, o, bütün israilliləri təmsil etmək hüququndan məhrum olunub”. “The New York Times” qəzetinin redaksiya məqaləsində belə deyilir:

“Onun son altı ildəki davranışı, Fələstin dövlətinin sərhədləri daxilinə düşən torpaqda israillilər üçün evlər tikməsi, danışıqlara heç vaxt ciddi yanaşmaması sülh sazişinə marağının olmadığını göstərirdi. Ancaq bu həftə verdiyi bəyanat fələstinlilərin şübhələrini təsdiqlədi. Bu bəyanat onun Prezident Barack Obama ilə zəhərlənmiş münasibətlərinin bərpasını da çətinləşdirəcək. Obama iki dövlətin iştirakıyla həll variantına tərəfdardır”.

Fələstinlilərlə sülh danışıqları Zionist Birliyinin seçki kampaniyasının mərkəzində durmasa da, cənab Herzog aydın şəkildə deyirdi ki, seçilsə, danışıqlara yenidən başlamağa çalışacaq… Cənab Netanyahu-nun isə konstruktiv idarəçilik üçün mötədil fraksiyalarla ümumi dil tapacağı çətin görünür”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG