Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:15

Bakı İstintaq Təcridxanasında araşdırma aparılıb


Ombudsman Elmira Süleymanova

Ombudsman Elmira Süleymanova

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Bakı İstintaq Təcridxanasında araşdırma aparıblar.

Məlumatı Ombudsman Aparatının mətbuat xidmətinə istinadən Trend informasiya agentliyi yayıb. Xəbərdə bildirilir ki, məqsəd Müvəkkilin ünvanına daxil olmuş müraciətlərin araşdırılması, həmçinin saxlanılma şəraiti və rəftar vəziyyətinin öyrənilməsi olub.

Milli Preventiv Qrupun üzvləri həmin müəssisədə saxlanılan on beş şəxslə görüşüb, həmin şəxslərə qarşı rəftar və saxlanma şəraiti ilə bağlı vəziyyəti öyrəniblər.

Qəbul edilmiş təqsirləndirilən şəxslərlə fərdi qaydada aparılan söhbət zamanı həmin şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı narazılıq etməyiblər.

Həmin şəxslərə qaldırdıqları məsələlərlə əlaqədar hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah edilib. Eyni zamanda, onlardan bəzilərinin istintaqın qeyri-obyektiv aparılması ilə bağlı Ombudsmana ünvanlanmış müraciətləri araşdırılması üçün müvafiq orqana göndərilib.

Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərinə müvafiq tövsiyələr verilib.

Prosesdə MPQ-nin həkim üzvü də iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG