Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:42

Vərəm Avropa və Orta Asiyada tüğyan edir


Türkmənistan xəstəxanasında vərəm simptomlarını göstərən plakat
Türkmənistan xəstəxanasında vərəm simptomlarını göstərən plakat

-

Avropa və Orta Asiyada gündə min nəfər vərəmə yoluxur. Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Xəstəliklərin Qarşısının alınması və Nəzarət Mərkəzi martın 17-də yeni hesabat yayıb.

Sənəddə deyilir ki, ağ ciyərin bu infeksion xəstəliyi bu regionda ən çox yayılsa da, 2012-2013-cü illərdə 5.6 faiz azalıb.

2013-cü ildə 360 min vərəmlə yoluxma halı qeydə alınıb ki, bunun da 85 faizi 18 “yüksək prioritet” ölkəsində baş verib. Rusiya və 11 keçmiş sovet respublikası bu ölkələr sırasındadır.

Xəstəlikdən 38 mindən çox ölüm halı keçmiş kommunist blokunda baş verib.

Hesabatda deyilir ki, xəstəliyə qarşı işlər elə də sürətlə getmir, üstəlik vərəmin dərmana müqaviməti də artıb. Yəni bu region 2050-ci ilədək bu xəstəliyin öhdəsindən çətin gələ.

XS
SM
MD
LG