Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:41

Kiyev həmçinin BMT və Avropanı sülhyaradıcılarını göndərməyə çağırıb.

Ukrayna parlamenti - Verhovna Rada ölkə ərazisində bu il keçiriləcək beş çoxmillətli hərbi manevrlərdə iştirak üçün xarici qoşun birləşmələrinin qəbulu barədə prezident tərəfindən təqdim olunmuş qanun layihəsini qəbul edib.

2015-ci ildə Ukrayna ABŞ-la birgə üç və Polşa ilə birgə iki hərbi təlim məşqlərinin keçirilməsini planlaşdırır.

“Qorxmaz keşikçi” və başqaları

Bunlar kod adları Fearless Guardian (Qorxmaz Keşikçi),Sea Breeze (Dəniz Küləyi), Saber Guardian/Rapid Trident (Qılınc Keşikçi/Çevik Trident), habeləSecure Skies (Salamat Səmalar) və Law and Order (Qanun və Qayda) olan hərbi manevrlərdir.

ABŞ Ordusunun Avropadakı komandanlığı bildirib ki, hərbi təlimlər Minsk razılaşmalarının icra edilməsi üçün ləngidilib.

Ukrayna Konstitusiyası ölkəyə xarici qoşunların daxil olması üçün parlamentin icazəsini tələb etdiyindən Petro Poroshenko layihəni Radaya təqdim etmişdi.

ABŞ və Polşadan başqa Britaniya və Kanada da Ukraynada keçiriləcək manevrlərdə iştirak etmək arzularını bildiriblər.

Manevrlər Minskə görə ləngiyir

Bu ayın əvvəllərində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Alexander Lukashevich bildirmişdi ki, ABŞ müştərək hərbi təlimlərdə iştirak edəcək müşavirlərini artıq Ukraynaya gətirib.

ABŞ Ordusunun Avropadakı komandanı general-leytenant Ben Hodges deyib ki, üç Ukrayna batalyonunda təlimlərin keçirilməsi Minsk razılaşmasının icrasına imkan vermək üçün təxirə salınıb.

Ukrayna parlamenti həmçinin həmçinin Donbasın bir neçə rayonunun işğal altında olması barədə qətnamə qəbul edib.

Bu qətnamənin leyhinə 280 millət vəkili səs verib.

İşğalçılar üçün muxtariyyət

Verhovna Rada-nın sədri Volodymyr Hroisman deyib ki, bu qətnamə Donetsk və Luqanskın ayrı-ayrı ərazilərinin müvəqqəti işğal altında olduğunu tanıyır.

Elə həmin qətnamədə bildirilir ki, məhz bu ərazilərdə yerli özünüidarə bütün qanunsuz hərbi birləşmələr, onların silah və hərbi texnikası və xarici muzdlular buradan çıxarıldıqdan, habelə Ukraynanın öz dövlət sərhədi üzərində nəzarəti tam bərpa edildikdən sonra tətbiq edilə bilər.

Qətnamə qəbul olunduğu andan qüvvəyə minib.

Kiyev beynəlxalq sülhyaradıcıları çağırır

Ukrayna Verhovna Radası həmçinin Kiyevin BMT və Avropa İttifaqının Şurasına ünvanlanmış müraciətini qəbul edib.

Bu müraciətdə Ukraynanın şərq regionlarında sülhyaradıcı əməliyyatların keçirilməsi üçün xüsusi missiyaların göndərilməsi rica edilir.

Moskva bundan əvvəl Donbasdakı münaqişə zonasında beynəlxalq sülhyaradıcı qüvvələrin yerləşdirilməsinə qəti etirazını bildirib.

Rusiya xarici işlər nazirinin müavini Gennady Gatilov bildirmişdi ki, Moskva Donbasda beynəlxalq sülhyaradıcıların yerləşdirilməsinə dair BMT Təhlükəsizlik Şurasına veriləcək hər hansı təklifə qarşı çıxacaq.

Separatçılar yeni hücumla hədələyirlər

Moskva israr edir ki, hazırkı mərhələdə Minsk razılaşmasının icrası tamamilə kafidir və bu prosesdə ATƏT-ə lazımi rol ayrılıb.

Ukraynadakı separatçılar Kiyevdə qəbul olunmuş sənədlərlə bağlı artıq etirazlarını və lazım gələrsə, döyüş əməliyyatlarını bərpa etməyə hazır olduqlarını bildiriblər.

Onlar separatçı referendumda səs vermiş bütün regionların ərazisini tutmaq iqtidarında olduqlarını söyləyiblər.

Separatçı liderlərin fikrincə, Ukrayna parlamentinin qəbul etdiyi qanunvericilik aktları Minsk razılaşmasını üstündən xətt çəkir.

XS
SM
MD
LG