Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:31

Separatçılar Kiyevin verdiyi statusu rədd edirlər


Denis Pushilin
Denis Pushilin

Ukraynanın şərqindəki separatçılar onların nəzarətində olan iki rayona Kiyev tərəfindən təklif olunmuş xüsusi statusu rədd edirlər.

Təhlilçilər bildirilər ki, bunun nəticəsində iki tərəf arasında güclə yaradılmış atəşkəs rejimi pozula bilər.

Moskva Ukrayna prezidentini Minskdə razılaşdırılmış sənədə əvvəlcədən müzakirə olunmamış şərtləri əlavə etməkdə günahlandırır.

Sazişdə deyilirdi ki, Donetsk və Luqansk vilayətlərinin bir sıra rayonlarına muxtariyyətə bərabər xüsusi status verilməlidir.

Hazırda Ukrayna parlamenti status məsələsini müzakirə etsə də, konsensus əldə olunmayıb.

Qiyamçıların əlində olan ərazilərə özünüidarə hüququnun verilməsi Minsk razılaşmasının əsas bəndlərindən biridir.

Bununla belə, Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, Poroshenko-nun millət vəkillərinin müzakirəsinə verdiyi razılaşma sənədində əvvəlcədən ora daxil olmayan əlavələr edilib.

Nazirlik bildirir ki, Kiyev razılaşmanın qiyamçılarla birbaşa danışqılar aparılması və yerli seçkilər barəsində razılığa gəlinməsi kimi müddəalarını qulaqardına vurur.

Donetsk qiyamçılarının lideri Denis Pushilin deyib ki, Kiyev faktiki olaraq Minsk razılaşmasını pozub.

Poroshenko-nun təqdim etdiyi layihədə deyilir ki, xüsusi statusun verilməsi yalnız yerli seçkilərdən sonra həyata keçirilə bilər.

Bundan əlavə prezident variantında seçki zamanı orada heç bir silahlı birləşmələrin olmaması təklif edilir.

XS
SM
MD
LG