Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:21

Bin Laden-in yerini xəbər verən həkimin vəkili öldürülüb


Qohumları vəkil Samiullah Afridi-nin meyitini xəstəxanadan çıxararkən.

Qohumları vəkil Samiullah Afridi-nin meyitini xəstəxanadan çıxararkən.

Osama bin Laden-in yerini tapmaqda ABŞ-a köməklik göstərmiş həkimin keçmiş vəkili Pakistanın Peşavər şəhərində naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

Naməlum silahlılar Samiullah Afridi evinə qayıdarkən onun maşınını atəşə tutublar.

O yaraqlılar tərəfindən təhdid edildikdən sonra Pakistanı müvəqqtəi olaraq tərk etmiş və mediaya bildirmişdi ki, doktor Shakil Afridi-nin işi ilə daha məşğul olmur.

Bu qətl üçün azı iki Talibana bağlı qrup məsuliyyəti öz üzərinə götürüb.

Vəkillə yalnız familiyaları eyni olan doktor Afridi onun barəsində çıxarılmış 33 illik həbs cəzası hökmünə qarşı appelyasiya ərizəsi verib.

Doktor doğma şəhəri olan Xeybərdə Ləşkəre-İslami silahlı qruplaşması ilə əməkdaşlıqda ittiham olunur.

Onun ailə üzvləri bu itthamı qondarma hesab edirlər və bildirirlər ki, həkim Mərkəzi Kəşfiyyat İdarəsinə Osama bin Laden-i tapmaqda kömək etdiyinə görə cəzalandırılır.

O Osama bin Laden-in gizləndiyi mülkdəkilərin identifikasiyası məqsədilə orada saxta vaksinasiya keçirmişdi.

O vaxt ABŞ komandosunun mülkə Pakistanın icazəsi olmadan hücum etməsi Vaşinqtonla İslamabad arasında münasibətləri korlamışdı.

Samiullah Afridi Pakistana ölümündən az əvvəl qayıtmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG