Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:37

Suriya - diktatorların ən güclü arqumenti


-

Azərbaycan müxalifətinə tez-tez irad tuturlar: "İstəyirsiz Azərbaycanı Suriyaya çevrəsiniz?". 4 il əvvəl Suriyada başlayan etriaz nümayişləri qanlı vətəndaş müharibəsinə çevrildi. Bu gün Suriya bütün qeyri-demokratik ölkə rəhbərlərinin ən güclü arqumentidir, onlar sonu görünməyən müharibəni sabitliyin yeganə alternativi kimi təqdim etməyi çox sevirlər.

(AzadliqRadiosu Suriya vətəndaş müharibəsinə cəlb olunan tərəflərin və onlara dəstək verən dövlətlərin xəritəsini hazırlayıb (Mətn infoqrafikanın altında davam edir).

Bağışlayın, hazırda bu bölmə işləmir.

Müharibə isə artıq dünya probleminə qədər inkişaf edərək ölkəni böyük güclərin dini və siyasi simpatiyalarının, müxtəlif ölkələrin hərbi və siyasi maraqlarının toqquşduğu meydana çevirib. Maraqlar düyünü o qədər mürəkkəbdir ki, bəzən İran və ABŞ-ı eyni, Türkiyə ilə NATO-nu isə fərqli cəbhəyə ata bilir.

4 il sonra müharibənin nədən başladığını artıq çoxları unudub. 2011-ci il martın 15-də, Ərəb baharı dalğasında Suriyada qalxan etirazlar Bashar Assad hakimiyyəti tərəfindən yatırıldı. Paytaxt Dəməşqdən təqribən 100 km aralıdakı Deraa şəhərindəki ilk etirazlar ölkə üzrə yüzminlik yürüşlərə qədər artanda, hakimiyyət ordunu və tankları işə saldı.

Silahlı müqavimət yolunu seçən müxalifət Azad Suriya ordusu yaratdı. Tezliklə müqavimət dalğasında daha bir qüvvə - hökumət qoşunlarına qarşı döyüşən islmaçı hərbi birləşmələr yaranaraq təşəbbüsü ələ almağa başladı. Onlar bəzən eyni vaxtda hər iki tərəfə qarşı da vuruşurdular.

Radikal islamçılardan doğan daha bir qüvvə İŞİD birləşmələri isə münaqişənin apogeyi sayılır. Onlar Suriyadan İraqa hücum edərək böyük bir ərazidə xəlifət elan etdilər.

Bundan sonra Suriyadakı hərbi qarşıdurmaya hava hücumları formasında daha bir qüvvə - ABŞ başda olmaqla hərbi koalisiya da cəlb olundu.

4 illik müharibə 200 mindən artıq adamın həyatına son qoydu, 11 miyona yaxın suriyalını isə qaçqına çevirdi.

AzadliqRadiosu Suriya vətəndaş müharibəsinə cəlb olunan tərəflərin və onlara dəstək verən dövlətlərin xəritəsini hazırlayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG