Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:29

Bağlamadakı müəmmalı əşya - kitab...


"Qanun" nəşrlər evi Argentina yazarı Carlos Maria Dominguez-in “Kağız Ev” romanını çap edib.

Kitabxana düzəltmək, adi bir kolleksiya yığmaq deyil, bu bir həyat yaratmaqdır. Kitabda Dominguez kitabların insan həyatını necə dəyişə biləcəyindən bəhs edir. Bu balaca kitab onu bitirəndən sonra uzun müddət adamı təsirində saxlamaq gücünə malikdir.

Kembric universitetində ispan ədəbiyyatını tədris edən Blyuma Lennon həlak olur. Kitab oxuya-oxuya yolu keçərkən onu maşın vurur...

Təsadüfənmi? Əlbəttə!

Amma mərhum ədəbiyyatşünas-alimin keçmişində aqibətinə aparan hansısa sirr var...

Blyumanın üç keçmiş sevgilisindən biri, həmkarı, həm də sonradan kafedrada onun yerini tutmağa iddialı şəxs təsadüfi ölümə şübhə edir. Çünki qadının ölümündən sonra o, gecikmiş bir bağlama alır. Əsl sahibinə çatmamış bu qəribə bağlamada müəmmalı bir əşya var – kitab. Üzqabığı sement və inşaat tozu ilə örtülmüş nəşrdəki xatirə qeydi Blyuma Lennonun keçmişinə gedən cığır, onun “iç üzünü açan” izdir. Bəs bu xəsis sətirlər arxasında nə sirr gizlənib? O nəyin rəmzi, yaxud nəyə eyhamdır?

Yollayanın ünvanı yoxdur, tanışlar, dostlar siyahısında da onun adı keçmir…

Tərcümə: Əziz Rzazadə

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG