Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:31

Taleh Xasməmmədov əməliyyat oluna bilər


Taleh Xasməmmədov
Taleh Xasməmmədov

-

Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədov müalicə olunduğu Penitensiar Xidmətin Müalicə Müəssisəsində anası və qardaşı ilə görüşüb.
Bu barədə AzadlıqRadiosuna «Siyasi məhbuslarsız Azərbaycan» İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev məlumat verib. Gülalıyevin dediyinə görə,Taleh Xasməmmədov onlara da məktub göndərib, “başına gələnləri” anladıb:

“Ailə üzvlərinə də deyib, özü də məktubda da yazıb ki, damarlarını doğrayıb özünə qəsd etmək istəyirmiş. Çünki ona edilən işgəncələrdən cana doyub. Taleh yazıb ki, saxlandığından bəri, hardasa 20 gündür ki, hüquqları tapdanıb, xarici aləmdərn təcrid olunub, telefonla əlaqəyə imkan verilməyib. Hətta ailənin tək qızının toyu olub, icazə verməyiblər ki, yeganə bacısına zəng edib onu təbrik eləsin”.

“Appellyasiyadan məhrum edilib”

Oktay Gülalıyev
Oktay Gülalıyev

Oqtay Gülalıyev deyir ki, Taleh Xasməmmədovun barəsində seçilmiş həbs-qəti imkan tədbiri ilə bağlı məhkəmə qərarı ona 8 gün sonra verilib: “Bu isə o deməkdir ki, Talehin qərardan appelyasiya vermək imkanı məhdudlaşdırılıb”.
Taleh Xasməmmədov məktubunda bildirib ki, Gəncə 2 saylı İstintaq Təcridxanasında ona işgənclər verilib, - Oqtay Güalıyev deyir: “20 gündür hamam üzünə həsrətdir, evdən necə nazik geyimdə gedibsə, elə o paltar da əynində olub, evdən göndərilən yeməkləri ona çatdırmayıblar, psixi problemləri olan bir şəxsin yanında 5 gün saxlayıblar. Taleh yazır ki , bunlara etiraz olaraq 10 gün aclıq aksiyası keçirib, bundan sonra vəziyyəti pisləşib. Çıxış yolu kimi damarlarını kəsib”.

“Taleyin böyrəyində problem yaranıb”

Oqtay Gülalıyev deyir ki, «Siyasi məhbuslarsız Azərbaycan» İctimai Alyansı Ombudsman Aparatına müraciət etsələr də, hələ cavab ala bilməyiblər:

“Talehin bir böyrəyində problem yaranıb, əməliyyat olunacaq. Taleh hesab edir ki, Gəncə 2 saylı İstintaq Təcridxanasında onu nəm yerdə saxladıqları üçün səhhətində belə bir problem yaranıb. Məktubunda onu da yazıb ki, ona verilən ittihamla bağlı zərərçəkən şəxs dəyişib, onlar Göyçay polis idarəsinin əməkdaşları olub. Hətta o, bir polis əməkdaşının 4 barmağını qırmaqda günahlandırılır”.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən Apa-ya bildirilib ki, Taleh Xasməmmədov sadəcə müayinə olunmaq üçün müalicə müəssisəsinə gətirlib.
Gəncədə təcritxanada saxlanmış Taleh Xasməmmədov dünən Bakıda, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə gətirilib.

Bu il fevralın 24-də saxlanan Taleh Xasməmmədov 3 aylıq həbs olunub. O, xuliqanlıqda ittiham edilir. Daxili İşlər Nazirliyi bildirib ki, Taleh Xasməmmədov adam döyməklə hüquqazidd hərəkət edib. Ailə üzvləri isə onun şərlənərək həbs olunduğunu iddia edirlər.

Fevralın 27-də hüquq müdafiəçisinə həbs verilən gün onun qardaşı Valeh Xasməmmədov də məhkəmənin qarşısında damarlarını doğramışdı.

ƏDLİYYƏ NAZİRLİYİ DEYİR Kİ...

Taleh Xasməmmədovun Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə köçürüldüyünü nazirliyin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov apa-ya təsdiqləyib.

İftixar Qurbanov bildirib ki, T.Xasməmmədov ümumi müayinələrdən keçir, onun səhhəti normaldır.

Ailə üzvlərinin dediyinə görə, Taleh Xasməmmədov qanunsuz həbs olunduğuna görə son 10 gündür aclıq aksiyası keçirirmiş: «Bunun nəticəsi olmadığını görüb, qolunda damarını doğrayaraq özünə qəsd edib».

Bu il fevralın 24-də saxlanan Taleh Xasməmmədov 3 aylıq həbs olunub. O, xuliqanlıqda ittiham edilir. Daxili İşlər Nazirliyi bildirib ki, Taleh Xasməmmədov adam döyməklə hüquqazidd hərəkət edib. Ailə üzvləri isə onun şərlənərək həbs olunduğunu iddia edirlər.

XS
SM
MD
LG