Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:38

İranın nüvə rəsmisi qərblə fikir ayrılıqlarının həll olunduğunu deyir


John Kerry və Javad Zarif

John Kerry və Javad Zarif

İranın nüvə rəsmisi Ali Akhbar Salehi Tehranla dünya ölkələri arasındakı əsas fikir ayrılıqlarının həll olunduğunu deyir.

O martın 17-də dövlət televiziyası ilə çıxışında əsas məsələlərin artıq bağlandığını bildirib.

O həmçinin martın sonunadək çərçivə sazişinin əldə olunacağına ümidlə yanaşdığını qeyd edib.

ABŞ Dövlət katibi John Kerry və İranın xarici işlər naziri Javad Zarif martın 17-də İsveçrədə danışıqların növbəti mərhələsinə başlayıblar.

İranın nümayəndə heyəti bundan əvvəl Brüsseldə Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri ilə görüşüb.

İranla danışıqlarda ABŞ,Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya iştirak edir.

Tərəflər iyunun sonunadək yekun razılıq əldə etmək qərarına gəliblər.

Söhbət İranın nüvə proqramını dayandırması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların aradan qaldırılmasından gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG