Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:34

BMT-də Qərb ölkələri Azərbaycanı, Azərbaycan da Qərbi tənqid edir


17 mart. Jenevrə, BMT İnsan Haqları şurasının iclas zalı
17 mart. Jenevrə, BMT İnsan Haqları şurasının iclas zalı

-
BMT İnsan haqları şurasının 28-ci sessiyasında keçirilən müzakirələrdə Avropa Birliyi, Almaniya, Norveç, Çexiya və ABŞ nümayəndələrinin çıxışlarında Azərbaycan insan haqlarının vəziyyəti ilə bağlı tənqidlər səslənib. Martın 17-də Jenevrədə keçirilən debatlarda Azərbaycan nümayəndəsi öz növbəsində bir sıra Qərbi Avropa ölkələrində insan haqlarının pozulmasından Azərbaycanın narahatlığını ifadə edib, ABŞ-ın Ferquson şəhərində və Çexiyada irqi və milli ayrıseçkilik əsasənda törədilən cinayətlərin araşdırılmasına çağırıb.

Davam edən müzakirələri burada dinlə

Rəsmi nümayəndələrdən sonra QHT təmşilçiləri çıxış etdilər. İnsan Haqları Evi təşkilatını nümayəndəsi Azərbaycanda QHT-lərə olan hücumları xatırlatdı. Leyla Yunus və İntiqam Əliyevin həbsxabanada səhhətinin pisləşdiyini bildirdi. Tənqidi mediayaya hücumlar sırasında Xədicənin nümunəsini gətirdi və Azərbaycan hakimiyyətini müstəqil İnsan haqları institutları ilə əməkdaşlığa çağırdı.

Müzakirələr haqda ətraflı reportaj tezliklə saytda yerləşdiriləcək

XS
SM
MD
LG