Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:43

Yunanıstanın baş naziri Alexis Tsipras Moskvaya bundan əvvəl nəzərdə tutulduğu kimi mayın 9-da yox, bir ay əvvəl-aprelin 9-da səfər edəcək.

Bu barədə martın 17-də Tsiprasın ofisi məlumat yayıb və bu barədə əvvəlcədən razılq əldə olunduğunu bildirib.

Alexis Tsipras martın 23-də Almaniyanın kansleri Angela Merkellə Afinaya beynəlxalq maliyyə yardımı ətrafında yaranmış vəziyyəti müzakirə etməlidir.

Yunanıstan bu məsələyə yenidən baxılmasını istəyir.

Yunanıstan hökuməti beynəlxalq yardım əvəzində islahatlar aparmalı, qəti iqtisadi tədbirlər görməlidir.

Amma yeni hökumət yardımın şərtlərinə yenidən baxılmasını təkid edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG