Sudanın xarici işlər naziri Ali Ahmed Karti Martın 17-19-da Azərbaycanda rəsmi səfərdə olacaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Ali Ahmed Kartinin bir sıra görüşlər keçirməsi nəzərdə tutulub.
Martın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.